Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə regionda Sionist rejimlə qarşıdurma daha mürəkkəb mərhələyə daxil olub. Livana qarşı təcavüzün başlanğıcından bəri işğalçı rejimin irəli sürdüyü planların — istər quru əməliyyatları ilə irəliləmə, istər genişmiqyaslı dağıntı siyasəti, istərsə də sərhədlər boyunca bufer zonaların yaradılması cəhdləri — uğursuzluq əlamətləri getdikcə daha aydın görünür.
İsrailin gərginliyi artırmasına qarşı olaraq, son günlərdə regiondakı müqavimət qüvvələri tərəfindən yeni düsturlar tətbiq olunub. Bu düsturların əsas istiqaməti işğalçıların hər hansı cəbhədə təkbaşına hərəkət etməsinin qarşısını almaq və ya döyüş meydanlarının hər birini ayrı-ayrılıqda təzyiq altında saxlamaqdan ibarətdir. Bu isə döyüş qaydalarının yenidən formalaşmasına səbəb olub və beləliklə, İsrail tərəfindən edilən hər bir gərginləşdirmə daha geniş cavablarla qarşılanır. Bu vəziyyət İsrailin hərbi və siyasi strukturlarında artan narahatlıq dalğası yaradıb.
Bu proseslər müharibənin gələcəyi və atəşkəs yolları ilə bağlı sürətlənmiş siyasi və diplomatik hərəkətlərlə paralel şəkildə baş verir. Yeni razılaşmaların tətbiqinə dair cəhdlər davam etsə də, müqavimət qüvvələri vurğulayır ki, heç bir siyasi tənzimləmə sahədəki reallıqlardan və davamlı hərbi əməliyyatlar nəticəsində formalaşan güc balansından ayrı ola bilməz.
Bu çərçivədə hərbi və strateji məsələlər üzrə ekspert briqada generalı «Əli Əbirəd» bildirib ki, Livan və Fələstin sərhədlərinə nüfuz əməliyyatı İsrailin təhlükəsizlik və hərbi sisteminə ciddi zərbədir; çünki bu hadisə işğalçıların tam nəzarət iddiasında olduqları əraziləri, o cümlədən sərhəd boyunca yerləşən istehkamlar, qabaqcıl texnologiyalar və genişmiqyaslı dağıntılara baxmayaraq qorumaqda acizliyini üzə çıxarıb.
O, «Əl-Məyadin» kanalında verdiyi müsahibəsində izah edib ki, işğalçılar 27 noyabr 2024-cü il razılaşmasından əvvəl şimaldakı yaşayış məntəqələrini qorumaq məqsədilə Livan ərazisi daxilində qabaqcıl müdafiə zonasının yaradılmasına çalışırdılar və hətta Livan torpaqlarında altı hərbi nöqtəni saxlayaraq orada möhkəmləndirilmiş mövqelər qurmuşdular. Lakin bütün bu tədbirlər belə, bir müqavimət döyüşçüsünün Fələstin ərazisinə nüfuz etməsinə və İsrail qüvvələri ilə toqquşmasına mane ola bilmədi və İsrailin müşahidə və kəşfiyyat sistemləri onun varlığını aşkar edə bilmədi.
O qeyd edib ki, bu əməliyyatdan sonra İsrailin düşdüyü çaşqınlıq, media və hərbi qurumların ziddiyyətli açıqlamalarında və hücumun bir nəfər tərəfindən, yoxsa bir qrup tərəfindən həyata keçirildiyini müəyyən edə bilməməsində özünü göstərib. Bu vəziyyət onları «Şayetet 13» xüsusi təyinatlı bölməsini geniş təmizləmə əməliyyatı üçün bölgəyə çağırmağa məcbur edib.
O əlavə edib ki, bu hadisə ilk belə nümunə deyil və daha əvvəl «əl-Quzah» yaşayış məntəqəsində baş verən əməliyyata da işarə edib. Həmin əməliyyatda müqavimət döyüşçülərindən biri İsrailin tam nəzarətində olan əraziyə daxil olaraq bir İsrail zabitini öldürmüş və sonra geri çəkilmişdi. Bu isə işğalçı qüvvələrin təhlükəsizlik və hərbi sistemində ciddi nüfuzetmə zəifliyini göstərir.
Əli Əbirəd son günlərdəki İsrail gərginliyini şərh edərək bildirib ki, işğalçı qüvvələr eyni zamanda həm quru əməliyyatlarını irəlilətməyə, həm də Livanın cənubunda dağıntıların miqyasını və xərclərini artırmağa çalışırlar. Onların fikrincə, Amerika Birləşmiş Ştatları İran İslam Respublikası ilə razılaşmaya yaxınlaşdığı üçün, İsrail də mümkün atəşkəsdən əvvəl maksimum hərbi və siyasi qazanc əldə etməyə cəhd göstərir.
O, xatırladıb ki, İran dəfələrlə hər hansı atəşkəsin bütün cəbhələri, o cümlədən Livanın cənub cəbhəsini də əhatə etməsinin vacibliyini vurğulayıb. Abirəd qeyd edib ki, işğalçılar Litani çayının şimalında yerləşən ərazilərə, xüsusilə Zəvtr və Yəhmər əş-Şiqf ətrafına doğru irəliləməyə çalışsalar da, heç bir real və nəzərəçarpan hərbi nailiyyət əldə edə bilməyiblər.
Əli Əbirəd bildirib ki, işğalçılar Şəqif qalasına çatmalarını hərbi uğur kimi təqdim etməyə çalışıblar, lakin əslində onlar yalnız piyada elementləri ilə nüfuz edə biliblər. Halbuki son qırx səkkiz saat ərzində ciddi itkilər verilib: “Merkava” tanklarından on səkkiz ədədinin məhv edilməsi və ya sıradan çıxması qeydə alınıb (Şəqif qalası istiqamətində on bir tank, Yəhmər əş-Şiqf ətrafında yeddi tank), həmçinin dörd logistik və döyüş sursatı daşıyan avtomobil məhv edilib.
O, vurğulayıb ki, bu sahədəki faktlar İsrailin cənub kəndlərində “sınaq bölgələri” yaratmaqla bağlı təkliflərinin real olmadığını göstərir, çünki onlar həmin ərazilərdə tam nəzarət qurmağa belə nail ola bilməyiblər.
Abirədin sözlərinə görə, Livanda ABŞ-ın son diplomatik fəallığı İranın işğalçılara vurduğu zərbələrin birbaşa nəticəsidir və ABŞ səfirinin Livan rəsmiləri ilə görüşlərinin sürətlənməsi də dəyişən vəziyyətdən doğan narahatlığın göstəricisidir.
O, qeyd edib ki, İsrail hava üstünlüyünə və atəş nəzarətinə malik olmasına baxmayaraq, Livan ərazisində möhkəm quru mövqeləri qurmaqda acizdir və itkilər davam edir. Onun məlumatına görə, əməliyyatların yenidən başlamasından bu yana İsrail tərəfinin 48-dən çox zabit və əsgər itirdiyi bildirilir.
İsrail ordusunun ümumi vəziyyətinə toxunan Abirəd bildirib ki, ordu getdikcə insan və texnika baxımından zəifləyir, 400-dən çox tank və zirehli texnikanın ya məhv edildiyi, ya da sıradan çıxdığı qeyd olunur. Eyni zamanda daxili nizam-intizam, əsgər cəlbi və insan resursları çatışmazlığı kimi problemlər mövcuddur; hazırda İsrail hərbi sistemi təxminən 15 min yeni hərbçiyə, o cümlədən 9 min döyüşçüyə ehtiyac duyur.
Sonda o, Yəmən cəbhəsinin yenidən aktivləşməsinin İsrailin hərbi sistemindəki çaşqınlığı daha da artırdığını bildirib. Bu vəziyyət hava hücumundan müdafiə sistemlərinə əlavə təzyiq yaradır və bir neçə buraxılış platformasının zərər gördüyü qeyd olunur. Abirəd vurğulayıb ki, son hücumlara qarşı İsrailə ABŞ-ın birbaşa dəstəyi zəruri hala gəlib.

Mütəxəssislər
Rəyiniz